Məhkəmə qərarları › İş №8(008)-123/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-123/2024

06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-123/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 tərəfindən icra məmurunun “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 məhkəməyə şikayət ünvanlayaraq, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Firdovsi Vəliyevin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında qərarının ləğv edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borclu X2 cəmi 20049 manat məbləğində borcun X4 xeyrinə tutulması qət edilmiş edilmiş və icra sənədi icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmuru Firdovsi Vəliyev tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Nümayəndə şikayətinə uyğun izahat verərək, hal-hazırda borclunun həmin icra sənədi üzrə 20049 manat ödənilməmiş qalıq borcunun olduğunu bildirmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 cəmi 20049 manat məbləğində pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsinin icra məmuru Firdovsi Vəliyevin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında qərarına əsasən müəyyən olunur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında icra məmuru Firdovsi Vəliyevin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı və icra hərəkətləri davam etdirilməlidir. Belə ki, icra sənədi üzrə tələb təmin edilməmiş və məhkəmə qərarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabunçu rayon İcra şöbəsinin icra məmuru Firdovsi Vəliyevin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında qərarı ləğv edilsin və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2191/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar