Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-135/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun, Tələbkarın nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu1 Abil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 Abil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 Abil oğlu və Borclu2 müştərək qaydada 14009.65 manat borc və 132.03 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birgə Borclu1 Abil oğluna göndərilmişdir. Verilmiş könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilməmiş, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti orqanlara sorğular göndərilmişdir. Göstərilənlərə əsasən Borclu1 Abil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 izahatında bildirmişdir ki, borclu indiyə kimi cəmi 1000 manat ödəyib, qalan 13000 manat borc ödənilməmişdir. Bu səbəbdən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Amil Əmirov təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclulara məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu1 Abil oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 Abil oğlu və Borclu2 müştərək qaydada 14009.65 manat borc və 132.03 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlə birlikdə borclular Borclu1 Abil oğlu və Borclu2 göndərilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu1 Abil oğluna məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi Borclu1 Abil oğlu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə Borclu1 Abil oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 Abil oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-135/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-135/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver