Məhkəmə qərarları › İş №8(008)-137/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-137/2024

13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-137/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1997/2023 nömrəli qətnaməsinə əsasən Borclu barəsində təyin olunmuş məcburi müalicənin davam etdirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1997/2023 nömrəli qətnaməsinə əsasən Borclu təyin olunmuş məcburi müalicənin davam etdirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan Mahmudov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 1997/2023 nömrəli qətnaməsi ilə adı göstərilən mərkəzdə ixtisaslaşdırılmış şöbəsində məcburi müalicəyə yerləşdirilmişdir. "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin həkim-məsləhət komissiyasının Borclu barədə xx.xx.2024-cü il tarixli 13 nömrəli rəyinə əsasən məcburi müalicənin davam etdirilməsinə dair müvafiq qərar çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin həkim-narkoloqu Vüsal Feyziyev məhkəməyə xx.xx.2024-cü ildə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Borclu məhkəməyə ərizə ilə müraciət edərək, aldığı müalicədən sonra yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini, müalicənin davam etdirilməsini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 1997/2023 nömrəli nömrəli qətnaməsinin surətindən görünür ki, Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsə məcburi yerləşdirilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxs həkim-məsləhət komissiyasının 13 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan Mahmudov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1997/2023 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü ildə göstərilən mərkəzdə ixtisaslaşdırılmış şöbədə məcburi müalicəyə yerləşdirilmişdir. Anamnestik məlumatlardan görünür ki, irsiyyəti narkoloji xəstəliklərlə ağırlaşmayıb, uşaqlıqda psixi və fiziki inkişafı normal olub. Ailəlidir. Orta təhsillidir. Məhkum olunmayıb. Hərbi xidmətdə qulluq edib. Kəllə-beyin travması almasını, dəri-zöhrəvi və vərəm xəstəliklərini inkar edir. Narkoloji anamnez: Xəstənin dediyinə görə 9 ilə yaxındır ki, PAM-dan olan heroin (kakos) qəbuluna başlayıb. PAM-dan fiziki və psixi asılılıq yaranıb. Psixoz keçirməyib. Orqanizmin qündəlik tolerantlığı sutka ərzində 0,5 qram heroinə qədər yüksəlmişdir. Asılılıq əlamətləri tam formalaşıb. Somatik status: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaların rəngi solğundur. Ürək tonları karlaşıb. A/T 110/80 mm civə sütünu, nəbzi orta dolğunluqda ritmikdir. Qaraciyəri sağ qabırğa altında 1 k.b. kənarda əllənir və ağrılıdır. Auskultasiya zamanı ağciyərlərin üzərində sərt tənəffüs eşidilir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Sidik ifrazı və defikasiya aktı normaldır. Diurez və defekasiya aktı normal, ağrısızdır. Nevroloji status: Mərkəzi sinir sistemi tərəfindən görünən kobud üzvü dəyişikliklər qeyd olunmur. Romberq vəziyyətində dayanıqlıdır. Psixi status: Zamanda, məkanda və öz şəxsiyyətində bələdliyi saxlanılıb. Bir qədər gərgindir. Şöbədaxili rejimə tam tabe olmur. Ünsiyyətə həvəssiz qoşulur. Suallara əsəbi cavablar verir. Əhval-ruhiyyəsi bir qədər aşağıdır. Maraq dairəsi dardır. İntellekti aldığı təhsilə və həyat tərzinə uyğundur. Məhsuldar psixoproduktiv əlamətlər aşkar olunmur. Xəstəliyinə qarşı tənqidi yoxdur. Diaqnoz: "Opioid qəbulu nəticəsində asılılıq sindromu". Aparılan müalicə tədbirləri: Dezintoksikasiya, vitaminterapiya, ümumi möhkəmləndirici müalicə, psixoterapiya. Yekun hissə: Xəstə Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları həvəssiz qəbul edir, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmir. Gələcəkdə ayıq həyat tərzi keçirilməsinə qərarlı olmadığını bildirir. Əmək terapiyasına həvəssiz qoşulur. Xəstəliyinə tənqidi yoxdur. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. Hal-hazırda məcburi müalicənin davam etdirilməsinə olan zərurət vardır. Nəticə: həkim-məsləhət komissiyası təyin edilmiş məcburi müalicənin davam etdirilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdimatla müraciət edilməsini məsləhət görür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-ci maddəsinə əsasən, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1997/2023 nömrəli qətnaməsinə əsasən, barəsində məcburi tibbi müalicə təyin olunan Borclu müalicəsi başa çatmadığından, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin rəyi ilə onun barəsində təyin edilmiş məcburi müalicənin davam edilməsi məsləhət görüldüyündən təqdimat təmin olunaraq Borclu məcburi tibbi müalicəyə davam edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1977-ci təvəllüdlü Borclu barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(049)-1997/2023 nömrəli qətnaməsinə əsasən təyin olunmuş məcburi tibbi müalicə davam etdirilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar