Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-138/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru Daşqın Həsənəliyevin təqdimatına baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Daşqın Həsənəliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 741/2023 saylı, xx.xx.2023-cüil tarixli icra sənədinə əsasən borclu X2 14.5 manat, 8058 manat və 100.58 manat məbləğində pul tutularaq tələbkar X6 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X4 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclu X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkar təqdimatın təmin edilməsini məhkəmədn xahiş etmişdir. Borclu və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdirlərdir. Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2023 saylı, xx.xx.2023-cüil tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli, e205271/2023-4-6-004 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2023 saylı, xx.xx.2023-cüil tarixli icra vərəqəsi üzrə borclu X7 tələbi 10 gün müddətində icra etmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdar edilmiş və borclu bildirişi qəbul etmişdir. Bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. X7 izahatında bildirdi ki, adına daşınar və daşınmaz əmlakın olmadığını, himayəsində azyaşlı uşağının olduğunu və səhhətində problem olduğundan ödəniş edə bilmədiyini bildirmişdir. İcra məmuru tərəfindən elektron sistemə verilmiş sorğudan borclu X3 mülkiyyətində hər hansı bir əmlakın olmadığı müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının İcra və Probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli təlimatın göstərilən maddələrinə uyğun hərəkət etməlidir: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3.borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, icra məmuru yuxarıda göstərilən təlimatın müddəalarına əməl etmiş və icra hərəkətlərini həyata keçirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədləri borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən o cümlədən “borclunun əmlakı ilə bağlı hər hansı bir məlumat olmadığından və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hal-hazırda icrasız qaldığından borclu X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2023 saylı, xx.xx.2023-cüil tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X3 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №8(008)-138/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-138/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver