Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-15/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6658/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayevin təqdimatına baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6658/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 2447 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat Borclu alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunub, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun yaşadığı ünvana göndərilmiş və şöbəyə dəvət edilmişdir. 10 gün müddətində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Borcluya dəfələrlə çağırış vərəqəsi göndərilsə də hal-hazıradək o, çağırışa gəlməmiş və icra sənədində olan tələb borclu tərəfindən təmin edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, tələbkara və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında" 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli təlimatın göstərilən maddələrinə uyğun hərəkət etməlidir: 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli təlimatın 2.2.1-ci maddəsinə əsasən, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir; 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli təlimatın 2.2.2-ci maddəsinə əsasən, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli təlimatın 2.2.3-cü maddəsinə əsasən, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, icra məmuru yuxarıda göstərilən təlimatın müddəalarına əməl etmiş və icra hərəkətlərini həyata keçirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №8(008)-15/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-15/2024
24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver