Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-157/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, Tələbkar "xxxx" QSC tərəfindən icra məmurunun “icra sənədinin qaytarılması” barədə qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" QSC məhkəməyə şikayət ünvanlayaraq, Sabunçu rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6754/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6754/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən borclu X1 cəmi 492.20 manat borcun "xxxx" QSC -nin xeyrinə tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6754/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Məhkəmə əmri borclu tərəfindən tam icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar, borclu və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “icra sənədinin qaytarılması haqqında” qərar şikayətə əlavə edilməmişdir. Odur ki, sözügedən icra sənədinin icra olunub-olunmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar "xxxx" QSC -nin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-157/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-157/2024
06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver