Məhkəmə qərarları › İş №8(008)-17/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-17/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-17/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-6010/2022 nömrəli qətnaməsinə əsasən Borclu barəsində təyin olunmuş məcburi müalicənin ləğv edilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-6010/2022 nömrəli qətnaməsinə əsasən Borclu təyin olunmuş məcburi müalicənin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 6010/2022 nömrəli qətnaməsi ilə adı göstərilən mərkəzdə məcburi müalicəyə yerləşdirilmişdir. "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin həkim-məsləhət komissiyasının Borclu barədə xx.xx.2023-cü il tarixli 127 nömrəli rəyinə əsasən məcburi müalicənin ləğv edilməsinə dair müvafiq qərar çıxarılması xahiş edilmişdir. Təqdimatın baxılma yeri və vaxtı barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 6010/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsə məcburi yerləşdirilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin həkim-məsləhət komissiyasının xx.xx.2023-cü il tarixli 127 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.2001-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-6010/2022 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə göstərilən Mərkəzdə ixtisaslaşdırılmış şöbədə məcburi müalicəyə yerləşdirilmişdir. Anamnestik məlumatlardan görünür ki, irsiyyəti narkoloji xəstəliklərlə ağırlaşmayıb, uşaqlıqda psixi və fiziki inkişafı normal olub. Subaydır. Orta təhsillidir. Kəlləbeyin travması almasını, dəri-zöhrəvi və vərəm xəstəliklərini inkar edir. Narkoloji anamnez: Xəstənin dediyinə görə 18 yaşdan narkotik maddə asudəçisidir. Hal-hazırda PAM-dan olan heroin (kakos) və metamfetamini (şüşə) vənadaxili qəbul edir. PAM-dan fiziki və psixi asılılıq yaranıb. Psixoz keçirməyib. Orqanizmin qündəlik tolerantlığı sutka ərzində 0,5 qram heroinə (kakos) və 0,2 qram metamfetaminə (şüşə) qədər yüksəlmişdir. Asılılıq əlamətləri tam formalaşıb. Somatik status: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaların rəngi avazımışdır. Ürək tonları karlaşıb. A/T 110/80 mm civə sütünu, nəbzi orta dolqunluqda ritmikdir. Qarın nahiyyəsi palpasiya zamanı yumşaq və ağrısızdır, qaraciyər və dalaq əllənmir. Auskultasiya zamanı ağciyərlərin üzərində sərt tənəffüs eşidilir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Sidik ifrazı və defikasiya aktı normaldır. Diurez və defekasiya aktı normal, ağrısızdır. Nevroloji status: Mərkəzi sinir sistemi tərəfindən görünən kobud üzvü dəyişikliklər qeyd olunmur. Romberq vəziyyətində dayanıqlıdır. Psixi status: Zamanda, məkanda və öz şəxsiyyətində bələdliyi saxlanılıb. Zahiri görkəmi səliqəlidir. Ünsiyyətə həvəslə qoşulur. Suallara sərbəst və məntiqli cavab verir. Əhval-ruhiyyəsi normaldır. Maraq dairəsi saxlanılıb. İntellekti aldığı təhsilə və həyat tərzinə uyğundur. Məhsuldar psixoproduktiv əlamətlər aşkar olunmur. Xəstəliyinə qarşı tənqidi var. Diaqnoz: "Opioid və psixostimulyatorun birgə qəbulu nəticəsində asılılıq sindromu". Aparılan müalicə tədbirləri: Dezintoksikasiya, vitaminterapiya, ümumi möhkəmləndirici müalicə, psixoterapiya. Yekun hissə: Xəstə Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları intizamlı olaraq qəbul etmiş, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmişdir. Əmək terapiyasına həvəslə qoşulur. Aparılan müalicə tədbirlərindən sonra onda normal həyat tərzinə münasibət formalaşmışdır. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirir. Öz xəstəliyinə qarşı tənqidi münasibəti var və hal-hazırda məcburi müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxmışdır. Nəticə: həkim-məsləhət komissiyası təyin edilmiş məcburi müalicənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdimatla müraciət edilməsini məsləhət görür. Azərbaycan Respublikası MPM-nin 354-cü maddəsinə əsasən, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-6010/2022 nömrəli qətnaməsinə əsasən, barəsində məcburi tibbi müalicə təyin olunan Borclu müalicəsi başa çatdığından, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin həkim-məsləhət komissiyasının rəyi ilə onun barəsində təyin edilmiş məcburi müalicənin ləğv edilməsi məsləhət görüldüyündən təqdimat təmin olunaraq Borclu məcburi tibbi müalicədən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü Borclu Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-6010/2022 nömrəli qətnaməsinə əsasən təyin olunmuş məcburi tibbi müalicədən azad edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar