Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-20/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 (İdris Süleymanov) küçəsində yerləşən yaşayış evinin giriş qapısının (darvazasının) məcburi qaydada açılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədli Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 (İdris Süleymanov) küçəsində yerləşən yaşayış evinin giriş qapısının (darvazasının) məcburi qaydada açılması barədə təqdimatla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-3764/2021 nömrəli icra sənədi üzrə X3 Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 (İdris Süleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən – Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 ünvanına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqəsədi ilə xx.xx.2023-cü il tarixində məcburi icra təyin edilmiş, X1 Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 (İdris Süleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülmüş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilərək həmin tarixdə icraata xitam verilmişdir. Daha sonra Borclu X1nın mənzilə girməsinə maneə yaratdığı üçün tələbkar yenidən məhkəməyə müraciət etmiş və icra sənədi yenidən xx.xx.2023-cü il tarixində icraya yönəldilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yenidən xx.xx.2023-cü il tarixində məcburi icra təyin edilmiş, Borclu icranın yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o icra yerinə gəlməmiş və bununla bağlı xx.xx.2023-cü il tarixində akt tərtib olunmuşdur. Daha sonra Borclu polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmiş və borclu barəsində xx.xx.2023-cü il tarixində protokol tərtib olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)-6926/2023 nömrəli qərarı ilə Borclu 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclu icra sənədinin icrasına maneəçilik törətdiyindən icra sənədinin məcburi icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsində yerləşən yaşayış evinin giriş qapısının (darvazasının) məcburi qaydada açılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-3764/2021 nömrəli icra vərəqəsindən görünür ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. - xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsi tərəfindən Borclu bildiriş göndərilmişdir. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bak Şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmurları X4 və X5 hal şahidlərinin iştirakı ilə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədində qeyd olunan mənzildə olmuşlar. Mənzildə onları Borclu qarşılamış və icra sənədinin icrasına maneəçilik yaratmadığını bildirmişdir. X1 icra sənədində göstırilən evə köçürümüş, evin giriş qapılarının açarları ona təqdim olunmuşdur. - Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. - Məmmədova (Soltanova) Nərgoz Rövşən qızı tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, qeyd olunan ünvanda yaşayışına mane olunur, evə giriş-çıxışına icazə verilmir, təhqir və təhdit olunur, evin kilidi dəyişdirilib, evdən istifadə edilməsinə icazə verilmir. - Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. - xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsi tərəfindən Borclu bildiriş göndərilmişdir. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bak Şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmurları X4 və Daşqın Həsənəliyev hal şahidlərinin iştirakı ilə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədində qeyd olunan mənzildə olmuşlar. Çöl qapı dəfələrlə döyülməsinə baxmayaraq açılmamış, borcluya icranın vaxtı və yeri barədə əvvəlcədən məlumat verilsə də icra yerinə gəlməmiş, mobil nömrəsi ilə əlaqə saxlanıldıqda icra sənədini icra etməyəcəyini bildirmişdir. - Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. - Borclu tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, o, həmin ünvanda qalmır, evin sahibi evə qoymur, bu səbəbdən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası "İcra haqqında" Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Lakin, icra məmurunun təqdimatda istinad etdiyi qeyd olunan maddələrdə və digər qanunvericlik aktlarında mənzilin giriş-çıxış qapısının məcburi qaydada açılmasına dair hər hansı bir məcburi icra tədbirinin görülməsi nəzərdə tutulmamışdır. Bu əsasdan da məhkəmə hesab edir ki, icra məmurunun təqdimatda göstərdiyi dəlillər təqdimatın təmin olunması üçün əsas hesab edilə bilməz. Odur ki, təqdimat rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X10 (İdris Süleymanov) küçəsində yerləşən yaşayış evinin giriş qapısının (darvazasının) məcburi qaydada açılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №8(008)-20/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-20/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver