Məhkəmə qərarları › İş №8(008)-22/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-22/2023

13.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-22/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(82)-4940/2014 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus daşınmaz əşyanın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Borclu şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(82)-4940/2014 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə, məhkəmənin xx.xx.2016-cı il tarixli, 8(008)- 033/2016 saylı qərardadına əsasən Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Əjdər Məlikov küçəsində yerləşən 25 saylı topaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Borclu şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməklə, sözügedən torpaq sahəsi üzərindən həbsin göürülməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi və onun üzərində yerləşən borclunun yeganə yaşayış yeri olan evə dair keçirilmiş icra hərəkətləri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(008)-1106/2021 saylı qərardadı ilə qeyri-qanuni hesab edilmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş borclu, tələbkar və Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(82)-4940/2014 saylı icra sənədinə əsasən Borclu 494,6 manat borc və 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İş materillarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 1106/2021 saylı qərardadına əsasən, sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə, Sabunçu rayon İcra Şöbəsi tərəfindən tələbin borclunun yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən topaq sahəsi və üzərində yerləşən evə yönəldilməsi və həmin torpaq sahəsi barəsində həyata keçirilmiş icra hərəkətləri qeyri-qanuni hesab edilmişdir. Qeyd olunan iş üzrə məhkəmə tərəfindən üzərindən həbsin götürülməsi xahiş olunan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən evin borclunun yeganə yaşayış yeri olduğu müəyyən edilmiş və qəbul edilmiş yuxarıda göstərilən məzmunlu qərardad mübahisələndirilməyərək qanuni qüvvəsini almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu məxsus ünvan 1 ünvanında yerləşən topaq sahəsinin üzərində həbsin qalmasına lüzum yoxdur və onun Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(008)-033/2016 saylı qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(008)-033/2016 saylı qərardadı ləğv edilməklə, ünvan 1 ünvanında yerləşən topaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar