Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-227/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, X1, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakları ilə, Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5922/2022 №-li qətnaməsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 5922/2022 №-li qətnaməsi ilə cavabdeh Borclu ilə xx.xx.2016-cı il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 tələbkarın himayəsində saxlanılmış və Borclu xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Boşandıqdan bir müddət sonra cavabdehlə barışıb bir yerdə yaşadıqlarından alimentiə bağlı Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə ərizə verdiyi üçün alimentin tutulmasına dair icra məmuru qərar ilə icra işinə xitam verilmişdir. Bir müddət bir yerdə yaşadıqdan sonra hazırda yenidən ailə münasibətləri pozulmuşdur. Hazırda uşaqları ilə birgə yaşlı anasının himayəsində yaşayır. Heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda çətinlik çəkir. Lakin hal-hazıra kimi cavabdeh uşaqları ilə maraqlanmır onların saxlanması üçün hər hansı bir maddi yardım göstərmir. Halbu ki, cavabdehin kifayət qədər qazancı var və həmin qazancını ancaq özünün şəxsi ehtiyyacları üçün xərcləyir. İndiki iqtisadi çətinliklərlə əlaqədar cavabdehin yardımı olmadan uşaqları saxlamaq çox çətindir. Tərəflər və Sabunçu rayon İcra Şöbəsinin icra məmuru şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin borclu məhkəməyə gəlməmiş, onun iştirakı olmadan şikayətə baxılmasını xahiş etməmişdir. Odur ki, məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 verdiyi ərizənin məzmununa uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru X11 məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tələbkarı və icra məmurunu dinləyib, şikayəti və işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 5922/2022 №-li qətnaməsi ilə cavabdeh Borclu ilə xx.xx.2016-cı il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 tələbkarın himayəsində saxlanılmış və Borclu xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, qətnamə icraya yönəldilmiş, icra məmuru xx.xx.2023-cü il tarixdə qətnamənin alimentlə hissəsinə dair icraat başlamaq haqqında qərar qəbul etmiş, tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə icra məmuruna müraciət edərək, alimentdən imtina etdiyini və icra vərəqəsinin icra edilmədən geri qaytarılmasını xahiş etmişdir. Sabunçu rayon icra məmuru X11 xx.xx.2023-cü il tarixdə icra sənədinin məhkəməyə göndərilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə aşağıda qeyd olunan hüquqi əsaslara görə şikayətin qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.1-ci maddəsinə səsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Göründüyü kimi, icra sənədinin yenidən icraya yönəldilməsi üçün icra məmurunun qərarının ləğv edilməsi tələb edilmir. Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5922/2022 №-li qətnaməsi yenidən icraya yönəldilməli, şikayət qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5922/2022 №-li qətnaməsi yenidən icraya yönəldilsin, icra vərəqəsi Sabunçu rayon İcra Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-227/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-227/2024
11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver