Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-23/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, X1 nümayəndəsi (anası) Quliyeva Ramilə qızının iştirakları ilə, Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından X15 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə şikayət təqdim edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Borclu əmək haqqısının 1/3 hissəsindən tutulmalı olan aliment miqdarının uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 98 nömrəli qərarına əsasən borclunun daimi xarakter daşıyan ödəncləri olan 13-cü əmək haqqı və məzuniyyət puluna yönəldilməməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə rəsmi qaydada ərizə ilə müraciət edərək, Bakı şəhər, Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadənin icraatında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-509/2023 №-li qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu əmək haqqının 1/3 hissəsindən tutulmalı olan aliment miqdarının uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 98 nömrəli qərarına əsasən borclunun daimi xarakter daşıyan ödəncləri olan 13-cü əmək haqqı və məzuniyyət puluna yönəldilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu ilə X9 arasında Sumqayıt regional "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 2234 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları X4 yanında qalması, Borcludan 27.05.20l7-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin X4 xeyrinə tutulması qət olunmuşdur. Qətnamə alimentin tutulması hissəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadənin icraatındadır. İcra icraatı zamanı iş üzrə Borclu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X3 N №-li hərbi hissəsində xidmət etdiyi məlum olmuşdur. İcra məmuru tərəfindən borclunun 967,87 manat aylıq maaş aldığı müəyyən edilmişdir. İcra məmuru icra sənədinin icra olunması ilə bağlı icra sənədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X3 N №li hərbi hissəsinə göndərmişdir. Lakin hazırda həmin hərbi hissənin maliyyə şöbəsi tərəfindən aliment Borclu 13-cü əmək haqqısına və məzuniyyət puluna yönəldilmir. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 98 nömrəli qərarında uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə əlavənin 3-cü bəndində qeyd olunmuşdur ki, hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən ərizəsinin təmin olunmasından imtina olunmuşdur. İcra məmuru Günay Abbaszadə tərəfindən tələb borclunun daimi xarakter daşıyan ödəncləri olan 13-cü əmək haqqı və məzuniyyət puluna yönəldilmədiyinə görə məcburiyyət qarşısında qalaraq hazırkı şikayət ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin borclunun məzuniyyət puluna yönəldilməməklə yol verdiyi hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayətin qalan hissədə rədd edilməsi qərara alınmışdır. İşin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu ilə X9 arasında bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları X4 yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin X4 xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 98 nömrəli Qərarının 6-cı bəndinə əsasən daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur, ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət müavinəti isə daimi xarakter daşımır. "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarında göstərilir:
1. Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: - qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; - il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;
3. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.
6. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur. Məhkəmə hesab etmişdir ki, müvafiq qərara əsasən uşaqlar üçün aliment valideynlərinin qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən tutulduğundan icra məmuru Günay Abbaszadə tərəfindən tələbin borclunun məzuniyyət puluna yönəldilməməsi (hərəkətsizliyi) tələbkarın mənafeyinin pozulması ilə nəticələndiyindən qanunsuz hesab edilməlidir. Bu səbəbdən şikayət bu hissədə təmin edilmişdir. Eyni zamanda, məhkəmə iclasında verdiyi izahatı ilə də tələbkarın 13-cü əmək haqqı qismində nəyi nəzərdə tutduğunu müəyyən etmək mümkün olmamış, bu səbəbdən şikayət həmin hissədə rədd edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il qəradladı ilə Sabunçu rayon Məhkəməsinin adıçəkilən qərardadı ləğv edilsin və tələbkarın şikayətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin istinad etdiyi normativ sənədə əsasən, "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarından üstün hüquqi qüvvəyə malik Ailə Məcəlləsinin tələbinə əsasən: (Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi) Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Məhkəmənin 13-cü əmək haqqı yönəldilməməsi hissədə isə yalnız "13-cü əmək haqqı qismində nəyi nəzərdə tutduğunu müəyyən etmək mümkün olmaması” ilə əsaslandırması anlaşılan deyil. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə (icra işinə nəzarət qaydasında) normativ hüquq tətbiq etmə iyerarxiyasının tələblərin əsas tutaraq, borclunun qanunvericiliklə müəyyən edilən "əmək haqqından və (və ya) başqa gəlirindən” alimentin tutulması vəzifəsi üzrə araşdırılma aparmalı və qiymət verməlidir. İşə yenidən baxılan zaman tələbkar dəqiqləşdirilmiş ərizə verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Borclu əmək haqqısının 1/3 hissəsindən tutulmalı olan aliment miqdarının uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 98 nömrəli qərarına əsasən borclunun ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət puluna yönəldilməməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasında iştirak etmirdilər. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi (anası) Quliyeva Ramilə qızı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında iştirak etmirdi. Məhkəmə tələbkarı dinləyib, əizəni və işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Odur ki, məhkəmə icra işini icra şöbəsini istəmiş, həmin icra işi məhkəməyə təqdim edilmiş, lakin icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 102-ci maddəsinin "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarından üstün hüquqi qüvvəyə malik olduğunu qeyd etmişdir. Ailə Məcəlləsinin 102-ci maddəsinə əsasən təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Bundan başqa, məhkəmə qətnaməsi uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə olmuşdur. Göründüyü kimi, alimentin başqa gəlirlərə də yönəldilməsi qət edilmişdir və məhkəmə qətnaməsi icra edilməlidir. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.3. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Borclu əmək haqqısının 1/3 hissəsindən tutulmalı olan aliment miqdarının uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 98 nömrəli qərarına əsasən borclunun ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət puluna yönəldilməməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Ərizə təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Borclu əmək haqqısının 1/3 hissəsindən tutulmalı olan aliment miqdarının uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 98 nömrəli qərarına əsasən borclunun ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət puluna yönəldilməməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tahirə Əsədova