Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-265/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin nümayəndəsi X1 iştirakı ilə, Borclu təyin edilmiş məcburi müalicənin ləğvi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin baş direktoru vəzifəsini müvəqqəti icra edən İlham Məmmədov təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin baş direktoru vəzifəsini müvəqqəti icra edən İlham Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinin icrası ilə əlaqədar Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1803/2023 saylı qətnaməsinə əsasən, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin nümayəndəsi X2 təqdimatı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Barəsində təqdimat verilən şəxs Borclu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aldığı müalicədən sonra özünü yaxşı hiss edir, gələcəkdə ayıq həyat tərzi keçirməkdə qərarlıdır, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1803/2023 saylı qətnaməsinə əsasən, Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Həkim-Məsləhət Komissiyasının xx.xx.2024-cü il tarixli, 21 saylı rəyindən görünür ki, Borclu məcburi şöbədaxili nizam-intizama və şəxsi gigiyena qaydalarına tam riayət etmişdir. Əmək terapiyasına həvəslə qoşulur. Aparılan müalicədən sonra normal həyat tərzinə münasibət formalaşmışdır. Xəstəliyinə tənqidi yanaşır. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirir. Hazırda məcburi müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 354-cü maddəsinə əsasən, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələbinə əsasən hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1803/2023 saylı qətnaməsinə əsasən, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, ünvan 1 qeydiyyatda olan Borclu təyin edilmiş məcburi müalicə ləğv edilməli və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən vaxtından əvvəl azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1803/2023 saylı qətnaməsinə əsasən təyin edilmiş məcburi müalicə ləğv edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən vaxtından əvvəl azad edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №8(008)-265/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-265/2024
03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver