Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-270/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Samir Əzizovun borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Samir Əzizov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-5758/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 6700 manat məbləğində pul vəsaiti və 87 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunub, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu tərəfindən tələb təmin edilməmiş, borclunun əmlak vəziyyətini yoxlamaq üçün elektron sistem vasitəsi ilə sorğular edilmiş, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus Daşkəsən rayonu, Gurbulaq kəndi ərazisində yerləşən 4.7404 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən borcluya məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya və icra məmuruna məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmalıdır. Belə ki, borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 5758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 6700 manat məbləğində pul vəsaiti və 87 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlə birlikdə Borclu təqdim edilmişdir. İş materiallarında olan “Elektron icra” və “Elektron məhkəmə” informasiya sistemlərindən əldə olunmuş məlumata əsasən Borclu mülkiyyətində Daşkəsən rayonu, Gurbulaq kəndi ərazisində yerləşən 4.7404 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5758/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan Daşkəsən rayonu, Gurbulaq kəndi ərazisində yerləşən 4.7404 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulsun. Qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-270/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-270/2024
29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver