Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-309/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin hər ay 400 manat olmaqla hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Borclu 20.000 manat borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 250 manat, ödənilmiş hüquqi yardım üçün 210 manat və 150 manat dövlət rüsumu olmaqla, cəmi 20.610 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin bu gün onun maddi imkanı yoxdur, bu səbəbdən məhkəmə qətnaməsi ilə qət olunmuş 20.610 manat məbləğini birdəfəyə ödəyə bilmir. Belə ki, qiyabi qətnamə qəbul edildikdən sonra müxtəlif vaxtlarda azadlıqdan məhrum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-43/2024 saylı qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Çox ağır maddi vəziyyətdə yaşayır, himayəsində xəstə və ahıl yaşda olan valideynləri, yoldaşı və az yaşlı övladı var. Atası ağır şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir, 2 aydır ki, azadlıqdadır, ailənin gündəlik dolanışıq xərclərini güclə çatdırır, yaranmış borc məbləğini birdəfəlik ödəmək imkanı yoxdur. Həmin məbləği birdəfəlik ödəmə qabiliyyətində deyildir. Hazırda iddiaçı Tələbkar ilə borc məbləğinin hissə-hissə odənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Tələbkar onun hazırkı durumunu bilir və bunu nəzərə alaraq borcun hissəhissə hər ay 400 manat olmaqla ödənilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında borclu tərəfindən 20610 manat borcdan heç bir məbləğdə ödəniş edilmədiyini, borclu ilə hər ay 400 manat ödəniş etməsi barədə razılığa gəldiklərini, hazırkı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borclu rəsmi olaraq heç bir yerdə işləmədiyindən və maddi vəziyyəti ağır olduğundan həmin məbləği birdəfəlik ödəmək iqtidarında deyildir. Borclunun əmlak vəziyyəti və digər hallar barədə sübutlar iş materiallarına əlavə edilmiş, sözügedən qətnamənin hissə-hissə icra edilməsi üçün əsaslar müəyyən edilmişdir. Tələbkar hazırkı ərizənin təmin edilməsinə və sözügedən qətnamənin hissə-hissə, hər ay 400 manat olmaqla icra edilməsinə etiraz etməmişdir (yazılı şəkildə razılığı var). İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Borclu 20.000 manat borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 250 manat, ödənilmiş hüquqi yardım üçün 210 manat və 150 manat dövlət rüsumu olmaqla, cəmi 20.610 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Borclu himayəsində azyaşlı övladı (xx.xx.2018-ci il təvəllüdlü X3) var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 12 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Borclu atası X1 şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Borclu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi (istintaq müddətinin sonunadək) qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi (borclu) Borclu tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən 20000 manat borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 250 manat, ödənilmiş hüquqi yardım üçün 210 manat və 150 manat dövlət rüsumu olmaqla, cəmi 20610 manat məbləğində pul Tələbkar hər ay 400 manat olmaqla hissə-hissə ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-309/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-309/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver