Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-315/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Tələbkar iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin 2(028)-239/2014 nömrəli, xx.xx.2014-cü il tarixli və 2(028)-382/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqələri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədli təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 239/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment və 2(028)-382/2017 nömrəli, xx.xx.2017-ci icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İcra sənədləri icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə Borclu göndərilmişdir. Verilmiş könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilməmiş, əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti orqanlara sorğular göndərilmiş, tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu barəsində xx.xx.2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş, Sabunçu Rayon Məhkəməsinin 3(008)-1037/2022 saylı. xx.xx.2022-ci il tarixli qərarı ilə 08 gün müddətində inzibati həbs edilmişdir. Daha sonra Borclu barəsində yenidən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, Sabunçu Rayon Məhkəməsinin 3(008)- 7234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclunun aliment borcu 6850 manat təşkil edir. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, borclu indiyə kimi hec bir ödəniş etməmiş və hal-hazırda 7000 manat məbləğində aliment borcu mövcuddur. Bu səbəbdən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-239/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-382/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)- 239/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Borclu xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlərlə birlikdə Borclu göndərilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədləri Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-239/2014 nömrəli, xx.xx.2014-cü il tarixli və 2(028)-382/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-315/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-315/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver