Məhkəmə qərarları › İş №8(008)-319/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-319/2024

23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-319/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, X4 Məcid qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-1556/2017 saylı icra sənədinin xitam verilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilmməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar "xxxx" ASC məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu X2 barəsində cəmi 1659.29 ABŞ dolları və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi (hakim A.Rzayev) vardır. İcra sənədi icra olunması üçün Sabunçu Rayon İcra Şöbəsinin icraatına yönləndirilmişdir. Lakin xx.xx.2019-cü il tarixdə Sabunçu Rayon İcra Şöbəsi (icra məmuru X3) tərəfindən qeyd edilən icra sənədi üzrə borc öhdəliyi tam icra edilmədən əsassız olaraq “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra işinə xitam verilmiş, bununla da icra sənədi icrasız qalmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə banka olan borc hələ də ödənilməmiş, cavabdehin hal-hazırda "xxxx" ASC-yə 533.32 ABŞ dollar borcu qalmışdır. Məhkəmənin iclasında iştirak edən X4 Məcid qızı təqdimatın təmin edilməsi məsələsinə etiraz etmədiyini, borcu aylıq öz pensiysından ödədiyini, ərizəyə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxılmasını xahiş etmişdir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, Sadıqova Nərminə Məcid qızından 1569.29 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumu tutularaq Bank of Baku ASC-ə ödənilməsi qərara alınmışdır. Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.21019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə tam ödənilmə səbəbindən xitam verilmişdir. Bank of Baku ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Sadıqova Nərminə Məcid qızının xx.xx.2024-cü il tarixə xx.xx.2015-xi il tarixli müqavilə üzrə 533.12 ABŞ dolları məbləğində borcu mövcuddur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun: 20.1.5. məhkəmə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırlması zamanı məlum olur ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədin üzrə icraata borcun tam ödənilməsi əsası ilə xitam verilsə də, bank tərəfindən təqdim edilən arayışdan habelə borclunun məhkəmə iclasında vermiş olduğu izahatıdan da görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədi üzrə borc məbləği tam ödənilməmişdir.. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1556/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədinə xitam verilməsi ilə bağlı üzrə Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-1556/2017 saylı icra sənədinin icraatına xitam verilməsi haqqında Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-1556/2017 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar