Məhkəmə qərarları › İş №8(008)-321/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-321/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-321/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmuru X6 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu X10 iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2,5 saylı mənzildən çıxarılmalıdır. X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmuru X6 hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək onunla əsaslandırdı ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin icraatında 2(008)-262/2020 saylı icra sənədi vardır. Həmin icra sənədinə görə X3 tələbkar X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2,5 saylı mənzildən çıxarılmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, borclunun faktiki istifadəsində 23 və 27 kv.m-dən ibarət iki otaq olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 23 kv.m-lik otaq tələbkar X4 mülkiyyətində olan torpaq sahəsindədir və onun mülkiyyətindədir. Zibil yerini təmizləyərək sonradan inşa etdiyi 27 kv.m-lik otaq isə tələbkar X4 mülkiyyətində olan torpaq sahəsinin sərhədləri xaricindədir və onun mülkiyyətinə aidiyyəti yoxdur. O səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin “qət etdi” hissəsində göstərilir ki, cavabdeh Nəsirova (hal-hazırda Xəlilova) Vüsalə Ağabəy qızı iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzilindən çıxarılsın. Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli 2(008)- 262/2020 saylı qətnaməsində qeyd edilmişdir ki, "X7 istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaq ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən X4 mülkiyyətində olan daşınmaz əmlak və torpaq sahəsi ilə üst-üstə düşür. Yəni məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərir ki, M.Pənahovanın mülkiyyəti ilə yalnız 23 kv.m-lik otaq əhatə olunur. Bakı Apellyasiya Məhkəməsi mülkiyyətə aid məsələni daha da dəqiqləşdirərək, X4 mülkiyyətində olan sahəyə bir daha aydınlıq gətirmiş və öz qətnaməsində göstərmişdir ki, cavabdeh X5 faktiki istifadəsində olan iki otaqdan biri-23 kv.m olan otaq X4 mülkiyyətindədir. Digər 27 kv.m-lik otaq onun mülkiyyətindən kənarda olduğundan və həmin otaq barədə iddia tələbi olmadığından məhkəmə həmin otaqla bağlı qərar qəbul etməmişdir. Beləliklə, birinci və apellyasiya instansiya məhkəmələri belə qənaətə gəlmişlər ki, digər 27 kv.m-lik otaq X4 mülkiyyət hüququ ilə əhatə olunmadığından və mülkiyyətində olan torpaq sahəsindən də kənarda yerləşdiyindən borclunun yalnız 23 kv.m-lik otaqdan çıxarılmağından söhbət gedir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də, mübahisəyə eyni mövqedən yanaşaraq, X7 23 kv.m-lik otaqdan çıxarılması qənaətinə gəlmişdir. Beləliklə, hər üç instansiya məhkəməsi təsdiq etmişdir ki, X7 faktiki istifadəsində 23 və 27 kv.m-dən ibarət iki otaq vardır. Bu otaqlardan 23 kv.m-lik otaq X4 mülkiyyətində olan torpaqda tikilmiş və onun mülkiyyətindədir. Digər 27 kv.m-lik otaq X4 mülkiyyətində deyil, mülkiyyətində olan torpaq sahəsinin sərhədlərindən kənardadır. X10 23 kv.m-lik otaqdan çıxardılır. İddiaçı X8 mülkiyyətində olan tikilidən və torpaq sahəsindən çıxarılmanı tələb etdiyindən və 27 kv.m otaq onun mülkiyyətindən kənar olduğundan məhkəmələr həmin otaq barədə qətnamə çıxarmamışlar. Məhkəmə aktlarında tam və aydın qeyd edilmiş işin bu hallarına baxmayaraq, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədli tələbkar X8 ilə qanunsuz əlaqəyə girərək ilk vaxtlar borclunun hər iki otaqdan çıxmağını tələb etmişdir. Məhkəmə aktlarına uyğun olaraq, borclu 23 kv.m sahəsi olan otağı könüllü olaraq boşaltmaq istəsə də, özü və nümayəndəsi uzun müddət icra məmuru Şəhram Şəmmədlinin qanunsuz tələbləri, kobudluqları və hədə-qorxuları ilə üz-üzə qalmışdır. Onun qanunsuz hərəkətlərindən Sabunçu rayon İcra Şöbəsinin rəisi Fizulu Hüseynova verdiyi çoxlu sayda şikayət və etirazlara isə ümumiyyətlə baxılmamış və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bununla belə, məhkəmə qətnaməsinin düzgün icra olunmaması barədə Ədliyyə Nazirliyinin rəhbər şəxslərinə də çoxlu sayda yazılı şikayətləri olmuşdur. Həmin şikayətlərə də cavab verilməsə də, şikayətlərdən sonra icra məmuru Şəhram Şəmmədlinin davranışında birdənbirə dəyişiklik baş vermiş, xx.xx.2022- ci il tarixində növbəti dəfə qətnamənin icrası ilə bağlı borclunun yaşadığı ünvana gəlmiş, tələbkara izah etmişdir ki, borclu həqiqətən məhkəmə qətnaməsinə əsasən sahəsi 23 kv.m. olan otaqdan çıxarılmalıdır. Borclunun istifadəsində olan 27 kv.m otağın isə nə icra sənədinə, nə də tələbkara heç bir aidiyyatı yoxdur. Bundan sonra tələbkar boşaldılmış 23 kv.m-lik otağı qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və imzalanmışdır. xx.xx.2022-ci il tarixində Şəhram Şəmmədli növbəti dəfə çoxlu sayda adamlarla (o cümlədən polislərlə) borclunun yaşadığı mənzilə gələrək, ona və digər ailə üzvlərinə qarşı zor tətbiq etməklə onu mənzildən çıxartmış, şəxsi əşyalarını çölə ataraq yarasız vəziyyətə salmışdır. O səbəbdən 2023-2024-cü illər ərzində bir neçə dəfə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciətlər və şikayətlər etsə də, hakim müxtəlif bəhanələrlə iddia ərizəsini qəbul etməkdən imtina edərək, onu məhkəmə müdafiəsindən məhrum etmişdir. Odur ki, bu dəfə borclu ərizə ilə məhkəməyə müraciət edir və düzgün icra olunmamış Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin yenidən icra olunmasma dair qərar qəbul edilməsini xahiş edir. İcra məmurunun bu hərəkətləri qanunsuz olmaqla yanaşı, Cinayət Məcəlləsinin qulluq mənafeyi əleyhinə aid olan cinayət xarakterli əməllərini özündə əks etdirir. O səbəbdən, hesab edir ki, məhkəmə işə baxıb yekun qərar çıxararkən, bu halları nəzərə almalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264.5-ci maddəsinin tələblərinə uyğun olaraq icra məmuru Şəhram Şəmmədli barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verməlidir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-262/2020 saylı qətnaməsinin icrası ilə bağlı faktiki istifadəsində olan 27 kv.mlik otaqdan çıxarılmaya dair icra məmuru Şəhram Şəmmədlinin hərəkətləri qanunsuz hesab edilməlidir. Düzgün icra edilməsi üçün həmin qərtnamə yenidən icraya yönəlməli və icra hərəkətləri məhkəmənin nəzarəti altında aparılmalıdır. Qulluq mənafeyinə zidd hərəkətlər etdiyinə və bu zaman qulluq mənafeyinə zidd cinayət əlamətləri olan əməllərə yol verdiyinə görə, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədli barəsində xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməlidir. Nümayəndə və vəkil qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Sabunçu rayon İcra şöbəsinin icra məmuru X11 şikayətlə razılaşmayaraq, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfəri dinləyib, icra işini nəzərdən keçirib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən aydın olur ki, borclu X10 iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2,5 saylı mənzildən çıxarılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1205/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4063/2021 saylı xx.xx.2021-ci l tarixli qətnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1205/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra işi materillarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 icraatında olan icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2,5 saylı mənzilə baxış keçirilmiş, mənzilin iki otaqdan ibarət olduğu müəyyən edilmiş, həmin otaqların X4 mülkiyyətində olmasının ayınlaşdırılması zərurəti yaranmışdır. Yuxarda qeyd olunan qətnamələrin təsviri-əsaslandırıcı hissələrindən müəyyən edilir ki, cavabdeh X5 istifadəsində faktiki olaraq sahələri 27 kv.m və 23 kv.m olmaqla iki otaq var, bu otaqlardan biri (23 kv.m) iddiaçı X4 mülkiyyətində olan torpaqda (C tikilisi), digər otaq (27 kv.m) isə iddiaçının mülkiyyətindəki torpaq sahəsindən kənarda yerləşir. İddiaçının tələbi cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmasından ibarətdir. Yəni iddiaçı cavabdehin mülkiyyətindəki yaşayış evindən çıxarılmasını tələb etmiş, məhkəmə də həmin tələbi təmin etmişdir. Bu baxımdan, «cavabdehin çıxarılması» dedikdə, cavabdehin yalnız iddiaçının mülkiyyətində olan yaşayış evindən çıxarılmasından söhbət gedir, sahəsi 27 kv.m olan otaq isə iddiaçının mülkiyyətinə aid deyil. Beləliklə, cavabdehin sahəsi 27 kv.m olan otaqdan çıxarılması barədə iddia tələbi ümumiyyətlə mövcud olmadığından, borclunun həmin otaqdan da çıxarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmuru X6 hərəkətləri qanunsuz hesab edilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X1 27 kv.m olan otaqdan çıxarılmasına dair icra məmuru X6 hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar