Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-326/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X2 iştirakları ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 2370/2020 №-li xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 2000 avro və 40000 manat alınaraq Tələbkar verilməlidir. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsinə dair bildiriş qəbul edilərək borclunun yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. "Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman adına tələbin yönəldiləcəyi "VAZ 21070" minik markalı, **-FP-*** nömrə nişanlı, "VAZ 2101" minik markalı, **-CO-*** nömrə nişanlı və "VAZ 21011" minik markalı, 10- EO-709 nömrə nişanlı avtomobillər aşkar edilmişdir. Əmlakların üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 №-li, xx.xx.2021-ci il tarixli qərardadı ilə məlum əmlaklara həbs qoyulmuş və borclunun həbs qoyulmuş əmlaklarının axtarılması haqqında qərar qəbul edilərək xx.xx.2021-ci il tarixdə BDYPİ-yə göndərilmişdir. Borclu barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddə əsasən inzibati protokol tərtib olunaraq Nərimanov rayon Məhkəməsinə təqdim olunmuş, Məhkəmənin 3(005)-772/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarına əsasən Borclu barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İcra sənədi üzrə Borclu tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7591/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1280/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən hal uzun müddət icra işi üzrə icra tədbirlərin dayandırılması ilə nəticələnmişdir. Həmçinin Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 №-li, xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobillərin axtarışı haqqında qərarın icra vəziyətinə dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə BDYPİ-yə xatırlatma məktubu göndərilmişdir. İcra sənədi üzrə Borclu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2370/2020 №-li, xx.xx.2020-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş, lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-436/2022 №-li, xx.xx.2022-ci il tarixli qərdadına əsəsən Borclu tərəfindən verilmiş ərizə təmin edilməmişdir. “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə Borclu adına Beynəlxalq Bank ASC-də olan bank hesabı aşkar edilərək xx.xx.2022-ci il tarixdə inkasso sərəncamları tətbiq edilmişdir. Bundan başqa “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə Borclu həyat yoldaşı X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-mən 132 mənzilin olması müəyyən olunmuş, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən məlum mənzilin üzərinə həbsin qoyulması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********14 saylı məktuba əsasən məlum əmlakın üzərinə qadağa qoyulmuş, daha sonra isə Borclu həyat yoldaşı X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev -mən 132 mənzilin 1/2 hisəsinin üzərinə həbs qoyulmasına dair xx.xx.2022-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-553/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu həyat yoldaşı X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev -mən 132 mənzilin 1/4 hisəsinin üzərinə həbs qoyulmasına dir təqdimat təmin edilməmişdir. İcra işi xx.xx.2023-cü il tarixində ərazi aidiyyəti üzrə Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icraata götürülmüşdür. Borclu yaşadığı yer müəyyən edilmədiyindən barəsində xx.xx.2023-cü il tarixli axtarış qərarı qəbul edilərək Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-167/2023 №-li, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu ölkədən getmək hüququ 1 il müddətində məhdudlaşdırılsa da, müddət bitdikdən sonra borclu ölkəni tərk etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, təqdimata onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(005)-2370/2020 №-li xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 2000 avro və 40000 manat alınaraq Tələbkar verilməlidir. İş materiallarından görünür ki, Nərimanov rayon İcra Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Nərimanov rayon İcra Şöbəsi tərəfindən həmin tarixdə borcluya bildiriş göndərilmişdir. Sabunçu rayon İcra Şöbəsi tərəfindən borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Borclu barəsində xx.xx.2021-ci il tarixli inzibati xəta protokolu tərtib edilmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati həbs edilmişdir. Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 №-li, xx.xx.2021-ci il tarixli qərardadı ilə "VAZ 21070" minik markalı, **-FP-*** nömrə nişanlı, "VAZ 2101" minik markalı, **-CO-*** nömrə nişanlı və "VAZ 21011" minik markalı, 10- EO-709 nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarından icra sənədi üzrə tələbin borclu tərəfindən bu günədək təmin edilməsi görünmür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən icra edilmədiyindən borclunun icra vərəqəsi üzrə tələb təmin edilənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə Borclu icra vərəqəsi üzrə tələb təmin edilənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-326/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-326/2024
29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver