Məhkəmə qərarları › İş №8(008)-329/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-329/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-329/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sabunçu rayon İcra Şöbəsinin ədliyyə müşaviri Füzuli Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu rayon İcra Şöbəsinin ədliyyə müşaviri Füzuli Hüseynov icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 944/2023-010 №-li xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 20000 manat pul vəsaiti və 150 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunub, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borcluya göndərilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin vaxtdan bu vaxta kimi icra sənədinin icrası tam şəkildə icra olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflər iştirak etmirdilər. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-944/2023-010 №li xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.1979-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 20000 manat pul vəsaiti və 150 manat dövlət rüsumu tutularaq Tələbkarnın xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Səbail rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Səbail rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borcluya bildiriş, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1979-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra vərəqəsi üzrə tələb təmin edilənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar