Məhkəmə qərarları › İş №8(008)-334/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-334/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-334/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-674/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədli tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-674/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədli təqdimatla məhkəməyə müraciət edərək, “Ford Focus” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2421/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3064 manat borc və 49,14 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. “10” gün müddətində Borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyi üçün Sabunçu Rayon Məhkəməsinin 8(008)-674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə borcluya məxsus “Ford Focus” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubla Sabunçu Rayon İcra Şöbəsinə müraciət edərək borc məbləğinin tam ödənildiyini bildirmişdir. İcra sənədi üzrə icraata Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş üzrə Sabunçu Rayon İcra şöbəsininə və tələbkara məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada, xəbər verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülkli Prosessual Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İş materiallarından görünür ki, "xxxx" MMC Sabunçu Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Sabunçu rayon İcra şöbəsinin e-2(008)-2421/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tərəfindən "xxxx" MMC-yə ödənilməli olan pul vəsaiti tam şəkildə ödənilmişdir. Borclu mülkiyyətində olan “Ford Focus” minik markalı, **-BL-*** Dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin həbsdən azad edilməsinə etiraz etmədikləri bildirilmişdir. Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2421/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə təqdimat təmin edilməli və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən “Ford Focus” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-674/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Ford Focus” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Sabunçu rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sabunçu Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar