Məhkəmə qərarları › İş №8(008)-335/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-335/2024

22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-335/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi Məmmədova Aylin məmməd qızının iştirakı ilə, Borclu məxsus olan avtomobillərin üzərinə həbs qoyulması haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Sabunçu rayon icra şöbəsinin icra məmuru Şəhram Şəmmədli icra sənədi üzrə Borclunun mülkiyyətində olan “Mercedes Benz C200D” minik markalı, **-XT-***, “Chevrolet Cruze” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3635/2023 №-li xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1872 manat məbləğində pul və 38,72 manat dövlət rüsumu Borclu tutularaq tələbkar "xxxx" KB ASCnin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. 10 gün müddətində Borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. “EMF-Elektron İcra Sistem”indən əldə olunan məlumata əsasən borclunun mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoyulmalıdır. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3635/2023 №-li xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1872 manat məbləğində pul və 38,72 manat dövlət rüsumu Borclu tutularaq tələbkar "xxxx" KB ASC nun hesabına ödənilməlidir. İş materiallarından icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməsi görünmür. Təqdimata əlavə edilmiş “EMF-Elektron İcra Sistem”indən əldə olunan məlumata əsasən borclunun mülkiyyətində olan VAZ 21154 minik markalı və “Chevrolet Cruze” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillər var. Göründüyü kimi, borclunun mülkiyyətində “Mercedes Benz C200D” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması barədə elektron məhkəmə sistemində məlumat yoxdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Chevrolet Cruze” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat qismən təmin edilsin. İcra sənədi üzrə Borclunun mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar