Məhkəmə qərarları › İş №8(008)-339/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-339/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-339/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, Sabunçu Rayon İcra Şəbəsinin 2(008)-3727/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə "xxxx" MMC-nin ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Şəbəsinin 2(008)-3727/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Sabunçu Rayon İcra Şəbəsinin 2(008)-3727/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar ərizəyə əlavə edilməmişdir. Belə olan halda ərizəyə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan Sabunçu Rayon İcra Şəbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli "İcra sənədinin qaytarılması haqqında" qərar şikayət ərizəsinə əlavə edilmədiyindən şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin Sabunçu Rayon İcra Şəbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli "İcra sənədinin qaytarılması haqqında" qərarının ləğv edilməsi və Sabunçu Rayon Məhkəməsinin 2(008)-3727/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar