Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-351/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Tələbkarın nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-2255/2024 nömrəli qətnaməsi ilə təmin edilmiş 3405.7 manat borc və 54.05 manat dövlət rüsumunun hissə-hissə olmaqla hər ay 200 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-2255/2024 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 "xxxx"MMC-nin xeyrinə ümumilikdə 3405.7 manat borc və 54.05 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bildirir ki, maddi imkanı çox aşağıdır. Həyat yoldaşı hazırda işsizdir və himayəsində iki azyaşlı uşaqları var. Aztəminatlı ailə olduğundan hazırda ünvanlı dövlət sosial yardım alır. Məhkəmə iclasında iştirak edən X6 maddi vəziyyətinin pis və himayəsində iki azyaşlı uşağı olduğundan qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X7 borclu ilə hər ay 200 manat ödəniş etməsi barədə razılığa gəldiklərini, hazırkı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borclu maddi vəziyyəti ağır olduğundan və himayəsində iki azyaşlı uşağı olduğundan həmin məbləği birdəfəlik ödəmək iqtidarında deyildir. Borclunun əmlak vəziyyəti və digər hallar barədə sübutlar iş materiallarına əlavə edilmiş, sözügedən qətnamənin hissə-hissə icra edilməsi üçün əsaslar müəyyən edilmişdir. Tələbkarın nümayəndəsi X7 hazırkı ərizənin təmin edilməsinə və sözügedən qətnamənin hissə-hissə, hər ay 200 manat olmaqla icra edilməsinə etiraz etməmişdir (yazılı şəkildə razılığı var). İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X3 xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********67323 İPHONE 11 PRO markalı telefon üçün 2222 manat ödənilməmiş hissə, 22.2 manat cərimə olmaqla, xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən HP 15-DA0293UR komputer, MİCROSOFT WİNDOWS 10 PRO OEM X64 ENG üçün 1150 manat ödənilməmiş hissə, 11.5 manat cərimə olmaqla ümumilikdə 3405.7 manat borc və 54.05 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X1 himayəsində iki azyaşlı övladı (xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9) var. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən X5 xadimə vəzifəsində çalışdığı və aylıq əmək haqqısının 173 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi (borclu) X6 tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 3405.7 manat məbləğində borc və 54.05 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 200 manat olmaqla hissə-hissə ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-351/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-351/2024
17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver