Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-352/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Borclu barəsində təyin edilmiş məcburi müalicəsinin davam etdirilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin baş direktoru vəzifəsini müvəqqəti icra edən Fəzayıl Sadıqovun təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin baş direktor vəzifəsini müvəqqəti icra edən Fəzayıl Sadıqov təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinin icrası ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5673/2023 saylı qətnaməsinə əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin nümayəndəsi X1 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Barəsində təqdimat verilən şəxs Borclu ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını bildirmiş və müalicəsinin davam etdirilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5673/2023 saylı qətnaməsinə əsasən, Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin Həkim-Məsləhət Komissiyasının xx.xx.2024-cü il tarixli, 38 saylı rəyindən görünür ki, Borclu, məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları həvəssiz qəbul edir, şöbədaxili nizam-intizama və şəxsi gigiyena qaydalarına tam riayət etmir. Əmək terapiyasına həvəssiz qoşulur. Gələcəkdə ayıq həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. Xəstəliyinə tənqidi yoxdur. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. Hazırda məcburi müalicənin davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 355-ci maddəsinə əsasən şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələbinə əsasən hesab edir ki, təqdimat təmin edilməli, Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5673/2023 xx.xx.2023-cü il tarixli, 2(060)-5673/2023 saylı qətnaməsinə əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsinə məcburi yerləşdirilməsi müddəti uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5673/2023 saylı qətnaməsinə əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsinə məcburi yerləşdirilməsi müddəti uzadılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №8(008)-352/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-352/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver