Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-397/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, X1 icranın dayandırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək icraatda olan iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi mənzildən çıxarılma ilə bağlı icranın dayandırılması barədə Sabunçu rayon İcra Şöbəsinə məktubun unvanlanmasının xahiş emtişdir. Ərizə onunla əsaslandırılmışdır ki, evdən çıxarılma barədə xx.xx.2023-cü il tarixli 2(008)- 3962/2023 №-li qətnamə var. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Eyni zamanda məhkəmənin icraatından alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə bağlı 2(008)-3254 №-li iş var. Sabunçu rayon İcra Şöbəsinə bu barədə yazılı və şiyahi məlumat versə də, icra hərəkətlərini dayandıra bilmirlər. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəni araşdıraraq hesab edir ki, X1 ərizəsi üzrə icraata xitam verilsin. Belə ki, ərizəçinin xahişinin prosessual əsası yoxdur, nə MPM-də, nə də «İcra haqqında» Qanunda məhkəmə tərəfindən icranın dayandırılması barədə Sabunçu rayon İcra Şöbəsinə məktubun ünvanlanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1, 263-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-397/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-397/2024
03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver