Məhkəmə qərarları › İş №8(008)-400/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-400/2024

12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-400/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4972/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-4972/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə daxıl olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borclu X4 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2023-cü il tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, cavabdeh hər ay üç uşağın saxlanılması üçün 660 manat aliment ödəməliydi, ancaq son 11 ayda təxminən 1200 manat ödəniş etmişdir, ticarətlə məşğuldur və illik gəliri 25000-30000 manat təşkil edir, təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, İİ qrup əlildir və təqaüdündən iki dəfə 252 manat pul tutularaq aliment borcuna ödənilmişdir. Bundan əlavə özü də üç dəfə 300 manat olmaqla, bir dəfə 100 manat tələbkarın kartına aliment borcu üzrə köçürmə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, icra sənədi üzrə borc ödənilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4972/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən etibarən Tələbkar ilə birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 220 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlə birlikdə Borclu göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Borclu izahatından görünür ki, borclu icra sənədi barədə xəbərdar edilmişdir və onun həmin günə 3300 manat aliment borcu vardır. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu 2-ci qrup əlilliyə görə 359.94 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi borclu X7 tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4972/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar