Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-407/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X1 iştirakı ilə, Borclu məcburi gətirilməsi haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Firdovsi Vəliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sabunçu rayon icra şöbəsinin icra məmuru Firdovsi Vəliyev Borclu Sabunçu rayon şöbəsinə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 845/2023-008 №-li xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1560,25 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, təqdimata onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 2(008)-845/2023- 008 №-li xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu 1560,25 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Sabunçu rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borcluya bildiriş göndərilmişdir. İş materiallarından icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməsi görünmür. İcra məmuru tərəfindən borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Muradov X2 rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu Muradov X2 rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-407/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-407/2023
25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver