Məhkəmə qərarları › İş №8(008)-410/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-410/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-410/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “OPEL VECTRA” minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-875/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3000 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Həmin müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “OPEL VECTRA” minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildimişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-875/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcludan ona ödənilməli olan pulu tam şəkildə tələb edir, hissə-hissə ödənilməsini istəmir. Bu səbəbdən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, icra sənədi üzrə borc məbləğini tam şəkildə ödəməyə imkanı çatmır. O, işləmir, tələb olunan borcu hissəhissə, hər ay 100-150 manat ödəmək iqtidarındadır. Bu səbəbdən təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Elekton məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən cavabdeh Borclu məxsus “OPEL VECTRA” minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-875/2023- 010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3000 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-875/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus “OPEL VECTRA” minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat rədd edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar