Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-420/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, Ərizəçi Şabanova (Rüstəmova) Zəhra Xətyam qızının iştirakı ilə Ərizəçi Şabanova (Rüstəmova) Zəhra Xətyam qızının qətnamənin icra üsulunun dəyişdirilməsinə dair ərizəsinə Sabunçu Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Şabanova (Rüstəmova) Zəhra Xətyam qızı qətnamənin icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(008)-708/2021 nömrəli icra vərəqəsi üzrə mətbəx üçün nəzərdə tutulmuş stol və 4 ədəd stul dəsti üçün 80 manat, 2 ədəd çılçıraq üçün 200 manat, qonaq otağı üçün nəzərdə tutulmuş stol-stul dəstinin 2 ədəd sındırılmış stul üçün 70 manat, tv-tuner üçün 35 manat, eyni zamanda sındırılmış televizor üçün 850 manat, cəmi 1235 manat məbləğində pul vəsaitinin Borclu alınaraq ona ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (tələbkar) Şabanova (Rüstəmova) Zəhra Xətyam qızı ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(008)-708/2021 nömrəli qətnaməsinə əsasən, mətbəx üçün nəzərdə tutulmuş stol və 4 ədəd stul dəsti, 2 ədəd çılçıraq, qonaq otağı üçün nəzərdə tutulmuş stol-stul dəstinin 2 ədəd sındırılmış stul, tv-tuner, eyni zamanda sındırılmış televizor cavabdeh Borclu alınaraq iddiaçı Şabanova (Rüstəmova) Zəhra Xətyam qızına verilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(008)-5934 nömrəli icra əsnədinə əsasən Sabunçu Rayon İcra Şöbəsi tərəfindən əmlaklara yerində baxış keçirilmiş istfadəyə yararlı əmlaklar çıxarılmış digər əmlaklar üzrə cavabdehin əl yazması ilə təstiqlənmiş istifadəyə yararsız zədələnmiş əmlakların pulunun ödənilməsi icra məmuru tərəfindən tərtib edilmiş aktda öz əksini təpmışdır. Tələbkar Şabanova (Rüstəmova) Zəhra Xətyam qızı qətnamənin icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda həmin əşyalar mövcud olmadığından onların dəyəri borcludan tutularaq, ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak edən İcra məmuru Firdovsi Vəliyev izahatında hələ iddianın təmini tədbiri kimi əmlakların üzərinə həbs qoyulması ilə bağlı borclunun ünvanına getdiyini və qeyd olunan əşyaların sındırıldığını gördüyünü dedi. Həmçinin xx.xx.2023-cü il tarixində icra sənədi üzrə borclunun ünvanına getdiyini lakin Borclu hazırda cəzaçəkmə müəsissəsində olduğundan qətnamənin icrasının mümkünsüz olması barədə akt tərtib edildiyini dedi. Məhkəmə iclasında iştirak edən tələbkar Şabanova (Rüstəmova) Zəhra Xətyam qızı ərizəsinin təmin edilərək, qətnamənin icra üsulunun dəyişdirilməsini və sıdırılmış əşyaların dəyərinin borcludan alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə baxışı zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(008)-708/2021 nömrəli qətnaməsinə əsasən, mətbəx üçün nəzərdə tutulmuş stol və 4 ədəd stul dəsti, 2 ədəd çılçıraq, qonaq otağı üçün nəzərdə tutulmuş stol-stul dəstinin 2 ədəd sındırılmış stul, tvtuner, eyni zamanda sındırılmış televizor cavabdeh Borclu alınaraq iddiaçı Şabanova (Rüstəmova) Zəhra Xətyam qızına verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, əmlakların götürülməsi ilə bağlı borclunun ünvanına gedildi, lakin ünvanda heç kim yaşamadığından icra edilməsi mümkün olmadı. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 24 nömrəli hesabatına əsasən qeyd olunan əmlakların dəyəri 1235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, tələbkar Şabanova (Rüstəmova) Zəhra Xətyam qızının ərizəsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(008)- 708/2021 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilməli, Borclu mətbəx üçün nəzərdə tutulmuş stol və 4 ədəd stul dəsti üçün 80 manat, 2 ədəd çılçıraq üçün 200 manat, qonaq otağı üçün nəzərdə tutulmuş stol-stul dəstinin 2 ədəd sındırılmış stul üçün 70 manat, tvtuner üçün 35 manat, eyni zamanda sındırılmış televizor üçün 850 manat, cəmi 1235 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar Şabanova (Rüstəmova) Zəhra Xətyam qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 231-ci, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Ərizə təmin edilsin. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(008)-708/2021 nömrəli qətnaməsinun icra üsulu dəyişdirilsin və stol və 4 ədəd stul dəsti üçün 80 (səksən) manat, 2 ədəd çılçıraq üçün 200 (iki yüz) manat, qonaq otağı üçün nəzərdə tutulmuş stolstul dəstinin 2 ədəd sındırılmış stulu üçün 70 (yetmiş) manat, tv-tuner üçün 35 (otuz beş) manat, sındırılmış televizor üçün 850 (səkkiz yüz əlli) manat, cəmi 1235 (bir min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti Borclu alınaraq tələbkar Şabanova (Rüstəmova) Zəhra Xətyam qızına ödənilsin. Qərardadın icrası Bakı Şəhər Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №8(008)-420/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-420/2023
22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver