Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-429/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, X1 nümayəndəsi və vəkili X3, Borclu vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin “mənzilin girişçıxış qapısının məcburi qaydada açılması” barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov ünvan 1 ünvanında yerləşən 20A saylı evin qapısının məcburi qaydada açılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı icra sənədinə əsasən, Borclu ünvan 1 ünvanında yerləşən 20A saylı evə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsinin icrasında dönüş edilməlidir (Borclu qeyd edilən yaşayış sahəsindən çıxarılmalıdır). İcra sənədi xx.xx.2021-ci il tarixdə Sabunçu Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Lakin borcluya dəfələrlə çağırış vərəqəsi, təyin məktubları göndərilsə də, o, çağırışa gəlməmiş və tələbi təmin etməmişdir. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilər tərəflərə təyin məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20A saylı evə gəlməsinə baxmayaraq, mənzilin giriş-çıxış qapısı bağlı olmuşdur və bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov məhkəmə iclasında təqdimatı müdafiə edərək, məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. X1 nümayəndəsi və vəkili X6, təqdimatda göstərilənləri təsdiq edərək, sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclunun nümayəndəsi və vəkili Vəkil, təqdimata etiraz edərək bildirmişdir ki, evin bütün qapılarının açılmasının heç bir mənası yoxdur. Borclu həyat yoldaşı hamilə olmaqla yanaşı xəstəliyi vardır. İcra məmuru, onlar xəstəxanada olan vaxt gəlmişlər. Əgər növbəti dəfə icra günü təyin edilərsə, qapı açılacaqdır. Odur ki, nümayəndə təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər tələbkar X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı icra sənədinə əsasən, Borclu ünvan 1 ünvanında yerləşən 20A saylı evə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsinin icrasında dönüş edilməlidir (Borclu qeyd edilən yaşayış sahəsindən çıxarılmalıdır). Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrası barədə borcluya rəsmi qaydada bildiriş göndərilmişdir. Həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru A.Əmirov və digər şəxslər A.Zeynalov, Y.Tağıyev, R.Muxtarov və L.Məmmədova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, adları qeyd olunan şəxslər təyin olunan vaxtda mübahisəli ünvana gəlmiş, lakin saat 15:00-dək gözləmələrinə baxmayaraq, Borclu söz verdiyi vaxtda icra yerinə gəlməmiş və onunla telefon əlaqəsi saxlamağa cəhd edilsə də, telefona cavab verməmiş, bununla da sözügedən icra sənədinin icrası mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.5 maddəsinə əsasən, bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər görülə bilər. Həmin Qanunun 73-cü maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı qərardadına əsasən, ünvan 1 ünvanında yerləşən 20A saylı evin giriş-çıxış qapısı məcburi qaydada açılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 saylı qərardadına əsasən, ünvan 1 ünvanında yerləşən 20A saylı evin giriş-çıxış qapısı məcburi qaydada açılsın. Qərardaddan, qərardad rəsmi qaydada alındığı və ya təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №8(008)-429/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-429/2023
07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver