Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-470/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(008)-6996/2023 nömrəli, xx.xx.2023-cü il tarxli icra vərəqəsinin icraatının dayandırılmasına dair təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(008)-6996/2023 nömrəli, xx.xx.2023-cü il tarxli icra vərəqəsinin icraatının dayandırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6996/2023 nömrəli, xx.xx.2023-cü il tarxli icra vərəqəsinə əsasən Borclu xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat aliment alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün 10 gün müddət tətbiq edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. İcra tədbirləri nəticəsində Borclu xx.xx.2024-cü il tarixdən «X8 X5»ya yumurtalıqların vərəm diaqnozu ilə daxil olmuş, hazırda stasionar müalicəsi davam etməklə, ümumi vəziyyəti kafidir. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, təqdimata onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-6996/2023 nömrəli, xx.xx.2023-cü il tarxli icra vərəqəsinə əsasən Borclu xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat aliment alınaraq Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından olan «X8 X5» tərəfindən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Borclu xx.xx.2024-cü il tarixdən «X8 X5»ya yumurtalıqların vərəm diaqnozu ilə daxil olmuş, hazırda stasionar müalicəsi davam etməklə, ümumi vəziyyəti kafidir. İş materiallarından olan «X8 X5» tərəfindən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Borclu xx.xx.2024-cü il tarixdən «X8 X5»ya yumurtalıqların vərəm diaqnozu ilə daxil olmuş, hazırda stasionar müalicəsi davam etdirilir, ümumi vəziyyəti kafidir. İş materiallarından olan «X8 X5» tərəfindən Sabirabad rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə axtarış işi açılmış Sabirabad rayonu, Əsgərbəyli kənd sakini Borclu xx.xx.2024-cü il tarixdən «X8 X5»ya yumurtalıqların vərəm diaqnozu ilə daxil olmuş, hal-hazırda stasionar müalicəsi davam etdirilir, ümumi vəziyyəti kafidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 18.1.5-ci maddəsinə əsasən borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda icra sənədi üzrə icraat dayandırılır; 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təqdim olunmuş təqdimat verilir. Məhkəmə təqdimatın dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilərək, icra sənədi üzrə icraat dayandarılmalıdır . Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6996/2023 nömrəli, xx.xx.2023-cü il tarxli icra vərəqəsinin icraatı dayandırılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-470/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-470/2024
05.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver