Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-476/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-78/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəhmmədli tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəhmmədli təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 (4/6 hissədə pay) və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 hüquqi varisləri Borclu1 və Borclu2 267907 manat borc və 30 manat dövlət rüsumu X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. “10” gün müddətində borclular tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı Apellyasia Məhkəməsinin qərarı ilə borclu X1 hüquqi varisləri olan Borclu1 4/6 hissədə pay və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar X4 xx.xx.2024-cü il tarixli ərizə ilə Sabunçu Rayon İcra Şöbəsinə müraciət edərək Borclu1 4/6 hissədə pay və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərindən həbsin götürülməsini xahiş etmişdir. İş üzrə İcra şöbəsininə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada, xəbər verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-78/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən tələbkar X3 şikayəti təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli qəradadın ləğv edilməsi, hər iki təqdimatın təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-827/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X2 hüquq varisləri olan Borclu1 (4/6 hissədə pay) və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərində həbs qoyulması, qərardadın icrası Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, icra sənədi üzrə tələbkar X4 xx.xx.2024-cü il tarixli ərizə ilə Sabunçu Rayon İcra Şöbəsinə müraciət edərək Borclu1 (4/6 hissədə pay) və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülkli Prosessual Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İcra haqqında Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu1 (4/6 hissədə pay) və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərindən həbs götürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-78/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu1 (4/6 hissədə pay) və Borclu2 (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” nömrəli fərdi yaşayış evində olan paylarının üzərindən həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №8(008)-476/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-476/2024
01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver