Məhkəmə qərarları › İş №8(008)-494/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-494/2024

08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-494/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Borclu təyin edilmiş məcburi müalicənin davam etdirilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi şəxsin baş direktor vəzifələrini müvəqqəti icra edən Fəzayıl Sadıqovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi şəxsin baş direktor vəzifələrini müvəqqəti icra edən Fəzayıl Sadıqov xx.xx.2024-cü il tarixli təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinin icrası ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-6232/2023 nömrəli qətnaməsinə əsasən, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu təyin olunmuş məcburi müalicənin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan əlaqədar Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-6232/2023 nömrəli qətnaməsinə əsasən, Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi qət edilmişdir. İş materiallarında olan Həkim-Məsləhət Komissiyasının xx.xx.2024-cü il tarixli, 63 nömrəli rəyindən görünür ki, Borclu məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları həvəssiz qəbul edir, şöbədaxili nizam-intizam və şəxsi gigiyena qaydalarına tam riayət etmir. Gələcəkdə ayıq həyat tərzi keçirilməsinə qərarlı olmadığını bildirir. Əmək terapiyasına həvəssiz qoşulur. Xəstəliyinə tənqidi yoxdur. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirmir. Hal-hazırda məcburi müalicənin davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 355-ci maddəsinə əsasən şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Qanunvericiliyin tələbinə əsasən təqdimat təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-6232/2023 nömrəli qətnaməsinə əsasən, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi şəxsinə məcburi yerləşdirilməsi müddəti uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-6232/2023 nömrəli qətnaməsinə əsasən, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Borclu Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi şəxsinə məcburi yerləşdirilmə müddəti uzadılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar