Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-55/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Borclu Təhməzova (Orucova) Aysel Siyavuş qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3261/2020 nömrəli,xx.xx.2020-ci il tarixli, qətnaməsinin hissə-hissə icra olunması barədə borclu Təhməzova (Orucova) Aysel Siyavuş qızınun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3261/2020 nömrəli qətnaməsi ilə cavabdeh Təhməzova (Orucova) Aysel Siyavuş qızından 1006.74 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3261/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 886 manat əsas, 88.72 manat faiz 2.02 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1006.74 manat məbləğində pul “Unibank" KB ASC-nın xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3261/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin tələbi ona aydındır və o, həmin icra vərəqəsi üzrə borcunu ödəməkdən imtina etmir. Bu günə kimi borcundan ödənişlər etmişdir, lakin maddi vəziyyəti ilə əlaqədar, heç bir yerdə işləmədiyindən həmin borcu bir dəfəyə tam şəkildə ödəyə bilmir. Ona həyat yoldaşı köməklik edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3261/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə qət olunmuş borcu hər ay 61 manat olmaqla 12 ay ərzində hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Təhməzova (Orucova) Aysel Siyavuş qızı ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri araşdırıb, belə qənaətə gəlir ki, qətnamənin hissə-hissə icra olunması barədə ərizə rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Belə ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12 və 13-cü bəndlərinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Möhlətin müddətini, hissəhissə icranın ayrı-ayrı hissələrinin məbləğini və ya miqdarını, hissələrinin dövriliyini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını rəhbər tutmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Həmçinin qətnamənin hissəs-hissə icra olunması ilə bağlı buna tələbkarın razılığı nəzərə alınmalıdır. İş materiallarında tələbkar “Unibank" KB ASC-nın belə bir razılıq ərizəsi yoxdur. Eyni zamanda borclu Təhməzova (Orucova) Aysel Siyavuş qızı ərizəyə əalvə etdiyi sənədlər sırasında qətnamə icraya yönəldiyi 2021-ci il tarixindən 100 manat 2022-ci və 100 manat 2023-cü il tarixlərində ödəniş etmişdir. Nəticə olaraq məhkəmə bu qənaətə gəlir ki, borclunun ərizəsini əsaslandırarkən istinad etdiyi maddi vəziyyətinin ağır olması, heç yerdə işləməməsi kimi hallar qətnamənin hissə-hissə icra olunmasını şərtləndirən müstəsna hallar kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3261/2020 nömrəli qətnamənin hissə-hissə icra olunması barədə borclu Təhməzova (Orucova) Aysel Siyavuş qızının ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №8(008)-55/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-55/2024
01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver