Məhkəmə qərarları › İş №8(008)-6/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-6/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-6/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X2 qızının katibliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2340/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Daşqın Həsənəliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından digər ölkəyə getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2340/2022 saylı, xx.xx.2022 saylı icra sənədinə əsasən, tələbkar X1 ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Borclu həvalə edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədi üzrə tələbin məcburiliyi borcluya bildirilmişdir. Lakin hazırkı vaxtadək tələb təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2340/2022 saylı, xx.xx.2022 saylı icra sənədinə əsasən, tələbkar X1 ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixlu əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Borclu həvalə edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2340/2022 saylı, xx.xx.2022 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilərək, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2340/2022 saylı, xx.xx.2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu – xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar