Məhkəmə qərarları › İş №8(008)-626/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-626/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-626/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, Tələbkar iştirakı ilə, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi 2(078)-758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov təqdimatla məhkəməyə müraciət edərək, Borclu əmlak üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi 2(078)-758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli əsasən Borclu 15967 manat tutularaq Tələbkar xeyrinə ödənməlidir. İcra sənədləri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Göstərilən borcun 10 gün müddətində ödənilməsi barədə borcluya bildiriş, qərar göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tələb borclu tərəfindən təmin edilməmişdir. Qeyd edilən icra sənədindəki tələbin təmin edilməsi məqsədi ilə “EMF-Elektron icra İnformasiya Sistemi”dən əldə olunmuş məlumata əsasən Borclu məxsus Naxçıvan MR.Babək rayon, Didivar kəndi ümumi sahəsi 0.5172 nömrəli torpaq sahəsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuru və borclu xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalı və məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə, borcluya məxsus Naxçıvan Muxtar Respublikası Babək rayonu, Didivar kəndi ümumi sahəsi 0.5172 torpağın sahəsi 0.5172 nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi 2(078)-758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Naxçıvan Muxtar Respublikası Babək rayonu, Didivar kəndi ümumi sahəsi 0.5172 torpağın sahəsi 0.5172 nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Sabuçu Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar