Məhkəmə qərarları › İş №8(008)-629/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-629/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-629/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, X1 tərəfindən verilmiş “icra məmurunun hərəkətsizliyi” barədə şikayətə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxaraq, MÜƏYYƏN ETDİ: X1 məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Alıyevin iş üzrə borclu X3 onun hasarına bitişik hissədə tikilmiş tövlədə və onun həyətində iri və xırda buynuzlu heyvanların saxlanımasını və eyni zamanda həmin ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında tullantıların yandırlmasının qadağan olunmasına dair Sabunçu rayon Məhkəməsinin 2(008)-5171/2022 saylı, 10 noyabr 2022- cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2023-011 saylı, 05 iyun 2023-cü il tarixli məhkəmə qətnaməsinin icraasında hərəkətsizliyi qanunsuz hesab edilməsi və borclu X3 Sabunçu rayon Məhkəməsinin 2(008)-5171/2022 saylı, 09 10 noyabr 2022-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnamələri üzrə məcbur edilməsi Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Alıyevə öhdəlik kimi qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, şikayət Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, sübutlar (icra sənədi, həbsin qoyulması barədə qərar) şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 tərəfindən verilmiş “icra məmurunun hərəkətsizliyi” barədə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar