Məhkəmə qərarları › İş №8(008)-635/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-635/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-635/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7415/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Tamela Rüstəmovanın təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Tamela Rüstəmova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7415/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1 uşağın yetkilik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment və 100 manat məbləğində uşağın müalicəsi üçün nəzərdə tutulan pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarına əsasən Borclu məxsus olan "SEDAN" minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş edərək, icra məmuru ilə birgə borclu tərəfindən ona ödənilən alimenti hesabladığlarını, 2018-ci il tarixdə onun kartına ödəniş daxil olmadığını, deməli 2018-ci il tarixdə ödəniş olmadığından təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu hazırda onun aliment borcunun olmadığını, 2018-ci il tarixdə olan aliment ödənişlərinin tələbkarın kart hesabına edildiyini, kart hesabına dair məlumatların əlavə edilməməsini habelə sözügedən avtomobilin onun deyil, onun arvadının mülkiyyətində olduğunu, təqdimatın rədd edilməsini xahiş etmişdir. İcra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinin icra məmurunun qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7415/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli nəqliyyat vəsaitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Honda City minik markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 olduğu müəyyən edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu həyat yoldaşı X2r. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya mülkiyyətində olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərindəndə göründüyü kimi, məcburi icra tədbiri olan əmlakın üzərinə həbs qoyma icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda əmlak borcluya məxsus olduğu halda tətbiq edilir. İş matriallarından görünür ki, Honda City minik markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil borclunun arvadı X1 mülkiyyətindədir. Tələbkar qeyd edilən əmlakın borclun ilə X1 birgə nikah dövründə əldə etdiyini qeyd edərək onların birgə mülkiyyətində olmasını əsas gətirsədə, təqdimata əlavə edilmiş mətriallarda qeyd edilən avtomobilin borclunun arvadının adına hansı tarixdə, hansı əsasla keçməsini habelə borclunun həmin əmlaka pay hüququnun olmasını təsdiq edəcək sənədlər əlavə edilmədiyindən təqdimat təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, icra məmuru borclunun icra vərəqəsi üzrə borclunun hazırda borcu olduğunu bildirsədə də, həmin borcun məbləğini və hansı dövrü əhatə etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Məhkəməsinin 2(001)-7415/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı "SEDAN" minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Tamela Rüstəmovanın təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar