Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-638/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X1 iştirakı ilə Borclu icra sənədi üzrə tələb təmin edilənə qədər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayev icra sənədi üzrə Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3439/2023 №-li, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu Tələbkar xeyrinə 755,5 manat ziyan, hüquqi xidmətə görə 330 manat, 17,25 manat əlavə xərc və 30 manat dövlət rüsumu, cəmi 1154,75 manat tutulmalıdır. İcra sənədi şöbəyə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunub, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borcluya göndərilmiş, lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinə əsasən borcu bu günə kimi heç bir ödəniş etməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, təqdimata onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3439/2023 №-li, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Tələbkar xeyrinə 755,5 manat ziyan, hüquqi xidmətə görə 330 manat, 17,25 manat əlavə xərc və 30 manat dövlət rüsumu, cəmi 1154,75 manat tutulmalıdır İş materiallarından görünür ki, Sabunçu rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Sabunçu rayon İcra Şöbəsi tərəfindən həmin tarixdə borcluya bildiriş göndərilmişdir. İş materiallarından icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməsi görünmür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən icra edilmədiyindən borclunun icra vərəqəsi üzrə tələb təmin edilənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-638/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-638/2024
15.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver