Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-679/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Borclu iştirakı ilə, Tələbkar "xxxx" ASC tərəfindən icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC məhkəməyə şikayət ünvanlayaraq, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirovun xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarının ləğv edilməsi və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 nömrəli, xx.xx.2016-cı il tazrixli qətnaməsinə əsasən Borclu və X1 96671.54 manat əsas borc, 21258.26 manat faiz borcu, 1000 manat cərimə borcu, 61 manat dövlət rüsumu olmaqla, cəmi 118990.80 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, S.Rəhman küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, əmlakın ilkin satış qiymətinin 170 000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlər Borclu və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Qətnamədə tələbin yönəldilməsi qət edilmiş ipoteka predmeti üzrə hərrac təşkil edilmiş və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, S.Rəhman küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Qətnamənin ipoteka predmetlərinə yönəldilmə hissəsi icra edilmiş, lakin ipoteka predmetlərinin hərracdan satılmasından əldə olunan vəsait qətnamə ilə qət edilmiş borcun ödənilməsinə kifayət etməmişdir. Yəni qətnamənin nəticə hissəsinin 1-ci və 6-cı abzasları tam icra edilməmişdir. Hal-hazırda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə cavabdehlərin 21258.26 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 22258.26 manat borcu qalmaqdadır. Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, borclunun sözügedən qətnamə üzrə borc məbləği qaldığı halda icra sənədi üzrə icraata tam əsassız qaydada xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, qətnamə qəbul edildikdən sonra icra edilmiş, açıq hərrac keçirilərək ev satılmışdır. Həmin zaman o ailəsi ilə birlikdə evdən çıxmış və evin açarlarını banka təhvil vermişdir. Bankdan ona bildirilmişdir ki, ev hərrac vasitəsi ilə satılmış və borcu tam ödənilmişdir. 5-6 ildən sonra ona bank ona borcunun qalması barədə məktub göndərilərək təxminən 22000 manat borcu qaldığı bildirilmişdir. Qardaşı da həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağladığı üçün hal-hazırda onun təqaüdündən qətnamənin icrası ilə əlaqədar tutulmalar aparılır. Odur ki, şikayətin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, icra məmuru məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmiş, tələbkar isə ərizə ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Borclu 96671.54 manat əsas borc, 21258.26 faiz borcu, 1000 manat cərimə borcu, 61 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 118990.80 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb ipotekaya qoyulmuş Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, S.Rəhman küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh Borclu iddiaçıya olan borc və ödənilmiş dövlət rüsumunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 170.000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən olunması, mənzil satıldıqda cavabdehlər Borclu, X4, X2 və X3 həmin mənzildən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üzün yetərli olmadıqda borcun qalan hissəsi cavabdehlər Borclu və X1 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirovun xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarına əsasən müəyyən olunur ki, icra vərəqəsinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə 118990.80 manat məbləğində pul tutulmalıdır, tələb Borclu məxsus Xəzər rayonu, Qala qəsəbəsi, S.Rəhman küçəsi, 15 saylı fərdi yaşayış evinə yönəldillmişdir, “Əmlak İxtisaslaşdırılmış , Hərrac Mərkəzinin Y-59 saylı, xx.xx.2018-ci 11 tarixli protokoluna əsasən Borclu məxsus Xəzər rayonu. Qala qəsəbəsi, S.Rəhman küçəsi, 15 saylı fərdi yaşayış evini hərrac vasitəsi ilə "xxxx" ASC əldə etdiyindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2220/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci tarixli, Y-59 saylı protokolunun surətindən görünür ki, Borclu mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, S.Rəhman küçəsi, 15 saylı fərdi yaşayış evi alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 108375 manat qiymətinə satılmışdır. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra sənədi üzrə tələb tam təmin edilməmişdir. Odur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirovun xx.xx.2020-ci il tarixli qərarı ləğv olunmalı, müvafiq icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizələrə məhkəmə iclasında baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirovun xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilsin və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2220/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №8(008)-679/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-679/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver