Məhkəmə qərarları › İş №8(008)-685/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-685/2024

25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-685/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, hakim Cəfərli Nilufər Arif qızı, X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X2 məhkəməyə təqdim edilmiş ərizəni məhkəmə icraatının aparıldığı dildə deyil, rus dilində tərtib edərək göndərmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsaəsn mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Belə ki, ərizəçi X1 ərizəni öz ana dilində tərtib etmək hüququ olsa da, məhkəməyə ərizənin tərcümə edilmiş nüsxəsini təqdim etməmişdir. Bu səbəbdən də ərizə baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar