Məhkəmə qərarları › İş №8(008)-742/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-742/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-742/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X2 iştirakı ilə, Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulması haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Sabunçu rayon icra şöbəsinin icra məmuru Bəydulla Sadıqzadə icra sənədi üzrə Borclunın mülkiyyətində olan “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 377/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 98098,74 manat məbləğində pul vəsaiti və 8 manat dövlət rüsumu Borclu tutularaq tələbkar İddiaçı hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Sabunçu rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraat materialları ilə müəyyən olunmuşdur ki, “Ford Cargo” yük markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1sa da, nəqliyyat vasitəsini Borclu etibarnamə əsasında satmışdır. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 377/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 98098,74 manat məbləğində pul vəsaiti Borclu tutularaq tələbkar İddiaçı hesabına ödənilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Lakin, icra məmuru qeyd olunan avtomobilin faktiki sahibinin Borclu olduğuna dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar