Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-747/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2667/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu məcburi qaydada Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə gətirilməsi barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru İlqar Ağayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2667/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 müştərək qaydada 7534.11 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSCnin xeyrinə ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru İlqar Ağayev məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2667/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə şöbəyə daxil olmuş və göstərilən tələbin könüllü qaydada təmin edilməsi barədə qərar və bildiriş Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Ona görə də, sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun məcburi qaydada Sabunçu Rayon İcra Şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsi, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barəsində məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, təqdimat və ona əlavə edilmiş sənədlərlə borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2667/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi şəkildə Sabunçu Rayon İcra Şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi şəkildə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №8(008)-747/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-747/2023
16.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver