Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-760/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X1 iştirakı ilə, Borclunın məcburi gətirilməsi haqqında Sabunçu rayon icra şöbəsinin icra məmuru Gülzar Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sabunçu rayon icra şöbəsinin icra məmuru Gülzar Hüseynova Borclunın Sabunçu rayon şöbəsinə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin 2(008)- 1303/2023-017 №-li xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu Tələbkar ASCnin xeyrinə 5072,14 manat məbləğində pul vəsaiti və 70,72 manat dövlət rüsumu ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Tərəflər təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, təqdimata onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinun 2(008)-1303/2023-017 №-li xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 5072,14 manat məbləğində pul vəsaiti və 70,72 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında Sabunçu rayon İcra Şöbəsi tərəfindən həmin tarixdə borcluya bildiriş göndərilmişdir. İş materiallarından icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməsi görünmür. İcra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilməmiş, qərarın göndərilməsini və borcluya çatmasını təsdiq edən qəbz təqdimata əlavə edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.1. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla)] 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, icra məmuru borclunun məcburi gətirilməsi barədə qəbül etdiyi qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamış, həmin qərarın tərəflərə göndərilməsini təsdiq edən sübut təqdimata əlavə olunmamış, həmin qərardan 10 gün şikayət müddətinin gözlənilməsinə dair sübut əlavə edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-760/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-760/2023
23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver