Məhkəmə qərarları › İş №8(008)-767/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-767/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-767/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Borclu məhkəməyə şikayət ünvanlayaraq, Sabunçu Rayon İcra Şöbəsi tərəfindən qəbul edimiş “icraata başlamaq” haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1279/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə Borclu tutulması və X1 üçün aliment xx.xx.2022-ci il tarixdən, X2 üçün aliment atasından alınıb anasına verilən gündən başlayaraq hesablanması qət edilmişdir. Sabunçu rayon İcra şöbəsinin icra məmuru Samir Əzizovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə borcludan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəm 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, icra sənədində X1 üçün aliment xx.xx.2022-ci il tarixdən, X2 üçün aliment atasından alınıb anasına verilən gündən başlayaraq hesablanmalı olmasını göstərilsə də, icra məmuru öz qərarında həmin vaxtı göstərmədən 386 manat alimentin tutulması üzrə icraata başlamışdır. X2 üçün alimentin atasından alınıb anasına verilən gündən hesablanmalı olduğu nəzərə alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsi, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsinin icra məmuru Samir Əzizovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə borcludan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəm 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 269cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabunçu rayon İcra şöbəsinin icra məmuru Samir Əzizovun “icraata başlamaq” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar