Məhkəmə qərarları › İş №8(008)-768/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-768/2023

17.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-768/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı Borclu Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, borcludan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022ci il tarixdən başlayraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə tutulması barədə Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə yığılmış 5284 manat borcun hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsi xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ərizəyə əlavə edilməmişdir. Belə olan halda ərizəyə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ərizəyə əlavə edilmədiyindən şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Borclu Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar