Məhkəmə qərarları › İş №8(008)-770/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-770/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-770/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə , Borclu iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayevin əmlak üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 2105” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Həmin müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “VAZ 2105” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borcun ödənilməsini təmin etmək məqsədilə həmin avtomobilin üzərinə həbs qoyulması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, “VAZ 2105” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun mülkiyyətində deyildir, avtomobili bir neçə il bundan qabaq satmışdır. Borclu təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna və tələbkara məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Elekton məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “VAZ 2105” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilməmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar həmin bildirişlə birlikdə Borclu göndərilmişdir. İş materiallarında olan “Elekton məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “VAZ 2105” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ 2105” minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat rədd edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar