Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-772/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə X1 Sabunçu rayon Məkəməsinin 2(008)-4313/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi hər ay 200 manat olmaqla tutulub iddiaçıya verilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müracit edərək, Sabunçu rayon Məkəməsinin 2(008)- 4313/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi, hər ay 200 manat olmaqla ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin 2(008)-4313/2023 №-li qətnaməsi ilə ərizəçidən 3850 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 59 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Ərizəçi fərdi sahibkarlıqla məşğul olur və sifariş olduqda podrat müqaviləsiə əsasə ev təmir edir. Maddi vəziyyəti çox ağırdır, hissə-hissə ödənilməsini xahiş edir. İş üzrə proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Sabunçu rayon Məkəməsinin 2(008)-4313/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 3850 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 59 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda borclu qətnamənin hissə-hissə ayda 200 manat ödəməklə icra edilməsini xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu maddi vəziyyətinin qətnaməni icra etməsinə yol vermədiyinə dair ərizəsinə hər-hansı bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, bütün məhkəmə qərarları kimi Sabunçu rayon Məkəməsinin 2(008)-4313/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi də icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №8(008)-772/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-772/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver