Məhkəmə qərarları › İş №8(008)-783/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-783/2023

05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-783/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, Cavabdeh təyin edilmiş məcburi müalicənin ləğvi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsin baş direktoru Elşən Mustafayevin xx.xx.2023-cü il tarixli təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsin baş direktoru Elşən Mustafayev xx.xx.2023-cü il tarixli təqdimatla məhkəməyə müraciət edərək, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarının 4-cü bəndinin 4.2.2-ci yarımbəndinin icrası ilə əlaqədar, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2072/2023 nömrəli qətnaməsinə əsasən, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində qeydiyyatda olan Cavabdeh təyin olunmuş məcburi müalicənin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində təqdimat verilən şəxs Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, aldığı müalicədən sonra özünü yaxşı hiss edir, gələcəkdə ayıq həyat tərzi keçirməkdə qərarlıdır, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş edir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 2072/2023 nömrəli qətnaməsinə əsasən, Cavabdeh müalicə olunması məqsədilə narkoloji-tibb müəssisəsinə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində məcburi müalicəyə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Həkim-Məsləhət Komissiyasının xx.xx.2023-cü il tarixli, 116 nömrəli rəyindən görünür ki, Cavabdeh məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları intizamlı olaraq qəbul etmiş, şöbədaxili nizam-intizama və şəxsi gigiyena qaydalarına tam riayət etmişdir. Əmək terapiyasına həvəslə qoşulur. Aparılan müalicədən sonra normal həyat tərzinə münasibət formalaşmışdır. Xəstəliyinə tənqidi yanaşır. Normal həyat tərzi keçirmək istəyində qərarlı olduğunu bildirir. Hal-hazırda məcburi müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 354-cü maddəsinə əsasən, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələbinə əsasən hesab edir ki, təqdimat təmin edilməli, əlaqədar xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində qeydiyyatda olan Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2072/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş məcburi müalicə ləğv edilməli və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən vaxtından əvvəl azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində qeydiyyatda olan Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2072/2023 nömrəli qətnaməsi ilə təyin olunmuş məcburi müalicədən azad edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar