Məhkəmə qərarları › İş №8(008)-8/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №8(008)-8/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(008)-8/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-974/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə yığılmış borcun hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun yığılmış aliment borcunu ayda əsas aylıq alimentdən başqa 100 manat olmaqla ödəməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, alimenti ödəyə bilmədiyinə görə bir il həbs olunmuşdur. Sonradan yenə 20 gün həbs olunmuşdur. Bu vəziyyət ona normal yaşayıb-işləyib alimenti ödəməyə imkan vermir. İcraçılar onu ümumi borcu ödəməklə bağlı sıxışdırırlar. Bundan başqa, o, 500 manat cərimə də olunmuşdur. Artıq intihar hədddindədir. Məhkəmə iclasında iştirak edən X3 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru və tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişdir. İcra məmurunun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-974/2020 nömrəli, xx.xx.2020-ci i8l tarixli qətnaməsindən görünür ki, cavabdeh X6 iddiaçı X5 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hə ay, hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam Rayon İcra və Probasiya Şöbəsinin məhkəmənin vermiş olduğu sorğusa əsasən 180419/2020 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X7 xx.xx.2023-cü il tarixə olan aliment borcunun 13186 manat təşkil etdiyi bildirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İcra sənədinin icra üsulunun dəyişdirilməsi məsələsində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədi üzrə yığılmış borc məbləği çox olduğundan və borcun hissə-hissə icra edilməsi tələbkarın və yetkinlik yaşına çatmayan uşağın mənafeyinə zidd olduğundan X1 ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən-qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-974/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə yığılmış borc məbləğinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar